Nİyə Azərbaycan

Niyə Azərbaycan


Kəşf Edilməmiş Məkan

Azərbaycan film sənayesi üçün yeni bir məkandır, kəşf edilməmiş nadir incilərə malikdir. Şəhər və kənd arasındakı məsafələrin qısalığı ölkə daxilində səyahəti asanlaşdırır, Azərbaycanın hər bucağını film çəkilişləri üçün əlçatan edir.


Əlçatan Büdcə

Azərbaycanın film sənayesi hələ inkişaf etməkdədir, buna görə də buraya gələn çəkiliş heyətləri digər ölkələrlə müqayisədə daha əlçatan qiymətlərdən yararlana bilərlər.


Zəngin Tarix

Azərbaycan elə nadir ölkələrdən biridir ki, burada memarlığın qədim nümunələri ən müasir dizayn əsərləri ilə vəhdət halındadır. Məhz buna görə də ölkə həm tarixi, həm də müasir səhnələrin çəkilişləri üçün mükəmməl zəmin yaradır.


Unikal Coğrafi Mövqe

Dəniz və sahil, meşə və əngin çöllər, dağlar və düzənliklər… Bölgədən bölgəyə dəyişən mənzərələr kinematoqrafçılara seçim müxtəlifliyi vəd edir.


Hava

Azərbaycanda hər bir mövsümün ayrıca yeri var, məhz bu fakt buranı filmmeykerlər üçün əsl cənnət edir. Burada hər şey tapmaq mümkündür – günəşli sahillərdən quraqlıq çöllərə, zümrüd meşələrdən qarlı dağlara qədər.


Tolerantlıq Yurdu

Azərbaycan rəsmi dini olmayan dünyəvi ölkədir. Onun qapıları hər inancdan olan insanların üzünə açıqdır. Azərbaycan bu çeşidliliyi ən böyük üstünlüklərindən biri hesab edir.


Əlçatanlıq

Tarixi İpək yolunda yerləşərək Asiyanı Avropaya birləşdirən Azərbaycan bütün dövrlərdə nəqliyyat qovşağı hesab edilib. Hal-hazırdakı dövrdə isə Azərbaycan onu bütün dünyaya bağlayan ən müasir hava, dəmiryolu və su nəqliyyatı infrastrukturuna malikdir.


Turizm İnfrastrukturu

Son bir neçə il ərzində Azərbaycan bir çox beynəlxalq idman və mədəni-humanitar tədbirlərə ev sahibliyi edib. Ölkədə beynəlxalq səviyyəli hotel zəncirlərindən tutmuş, kiçik hostellərə qədər çeşidli qonaqlama seçimləri mövcuddur.